Yuxarı
    Bağlamaq

    Latviya Azərbaycan və İran arasında tikilən dəmir yolu xəttinin hazır vəziyyətə gətirilməsini gözləyir

    8 km-lik bu dəmir yolu beynəlxalq yükdaşımaları daha da asanlaşdıracaq© VAS "Latvijas Dzelzceļš"

    Bakı. 9 mart. REPORT.AZ/ Bu il Hindistandan gələn yük qatarı Azərbaycandan keçməklə Latviyaya çatacaq. Hazırda tərəflər İranla Azərbaycan arasında tikilən 8 km-lik dəmiryolu xəttinin tam hazır vəziyyətə gətirilməsini gözləyirlər. "Report"un "lsm.lv" saytına istinadən verdiyi xəbərə görə, bunu Latviyanın rabitə naziri Uldis Auqulis bildirib.

    "Bu xətt tam hazır olduqdan sonra, Hindistanın Mumbay şəhərindən çıxan yük qatar İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə Latviyaya çatacaq", - deyə U. Auqulis əlavə edib.

    Qeyd edək ki, hazırda Çindən Latviyaya yük qatarları hərəkət edirlər. İkinci belə qatarın martın 18-də yola düşməsi planlaşdırılıb. Yük qatarının bu dəfə 12 günə deyil, 10 gün həmin məsafəni qət etməsi nəzərdə tutulub.

    Onun sözlərinə görə, yük qatarı ilə çatdırılan elektron məhsullar Latviya limanına çatdıqdan sonra Hamburqa yola salınacaq. Daha sonra Çində Latviyaya üçüncü yük qatarı yola düşəcək. Lakin onun səfər vaxtı hələlik məlum deyil. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi