​"Lada" avtomobillərinin Azərbaycanda və Avropada satışı artıb

​"Lada" avtomobillərinin Azərbaycanda və Avropada satışı artıb Azərbaycanda bu il 1 715 ədəd "Lada" avtomobili satılıb
İnfrastruktur
17 Avqust , 2015 12:01
​Lada avtomobillərinin Azərbaycanda və Avropada satışı artıb

Bakı. 17 avqust. REPORT.AZ/ Rusiyanın "AvtoVAZ" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycanda avtomobil satışının həcmi bu ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% artıb.

"Report"un Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə, bu müddət ərzində Azərbaycanda "Lada"nın 1 715 ədəd avtomobili satılıb. Bunlardan ən populyar olan "Lada 4x4" və "Lada Priora" modelləridir.

Həmçinin, "Lada"nın Avropada da satışı artıb. Belə ki, 2015-ci ilin ilk yarısında Avropa ölkələrində 1 301 avtomobil satılıb, bu isə ötən illə müqayisədə 25% çoxdur. Burada ən populyar "Lada 4x4" modeli olub. Ümumilikdə isə "Lada"nın Avropaya ixracının həcmi 45,9% azalıb.

Rusiyada isə bu il ərzində 161 630 avtomobil satılıb ki, bu da 2014-cü illə müqayisədə 27% azdır.

Son xəbərlər

Orphus sistemi