Kürəkçay-Dəliməmmədli dəmir yolu xətti əsaslı təmir olunur

Kürəkçay-Dəliməmmədli dəmir yolu xətti əsaslı təmir olunur Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Kürəkçay-Dəliməmmədli mənzilində 11,5 km yolun təmirinə start verilib.
İnfrastruktur
29 Noyabr , 2017 13:58
Kürəkçay-Dəliməmmədli dəmir yolu xətti əsaslı təmir olunur

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Kürəkçay-Dəliməmmədli mənzilində 11,5 km yolun təmirinə start verilib.

“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, təmir işləri fasiləli olmaqla 2 həftə davam edəcək və dekabr ayının ortalarında başa çatdırılacaq.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 417 km dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi