Kürdəmir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Kürdəmir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb Prezident İlham Əliyev Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
İnfrastruktur
18 Sentyabr , 2015 18:22
Kürdəmir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev "Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, son illər Kürdəmir şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi, Bayraq Meydanı Kompleksi tikilərək istifadəyə verilib, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, əlil və şəhid ailələri üçün 32 mənzilli 2 yaşayış binası inşa edilib, əhalinin içməli su təminatı yaxşılaşdırılıb, şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma sistemi yenilənib, parklar salınıb.

Dövlət başçısı Kürdəmirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılmasını qərara alıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi