Krasnoyarsk-Bakı aviareyslərinin sayı azaldılıb

Krasnoyarsk-Bakı aviareyslərinin sayı azaldılıb Buna sərnişin azlığı və Rusiyadakı iqtisadi vəziyyət təsir edib
İnfrastruktur
14 Yanvar , 2015 09:58
Krasnoyarsk-Bakı aviareyslərinin sayı azaldılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvar ayından etibarən Krasnoyarsk-Bakı-Krasnoyarsk aviareysinin uçuş cədvəli dəyişdirilib.

Bu reysin operatoru olan Rusiyanın "Taymır" ("Nord Star Airlines") aviaşirkətinin nümayəndəsi Sima Əliyevanın "Report"a verdiyi məlumata əsasən, qış mövsümü ilə əlaqədar marşrutda sərnişin azlığı müşahidə olunur. Bununla yanaşı, hazırda Rusiyada davam edən iqtisadi böhran səbəbindən əvvəllər hər həftə gerçəkləşdirilən bu aviareys bundan sonra bir həftədən bir reallaşdırılacaq.

Qeyd edək ki, aviaşirkət son uçuşu yanvarın 7-də yerinə yetirib. Bu qrafik mart ayına qədər qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi