Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır

Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır Mərkəzdə hərəkətin təhlükəsizliyi baxımından əlavə tədbirlər görülüb
İnfrastruktur
6 İyun , 2017 13:49
Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır

Bakı. 6 iyun. REPORT.AZ/ İslamiadanın başa çatması ilə Atletlər kəndi ilə sərnişin daşımaları da yekunlaşdığından Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır. 

Bakı Nəqliyyat Agentliyindən "Report"a daxil olan məlumata görə, mərkəzdə hərəkətin təhlükəsizliyi üçün əlavə tədbirlər görülüb. 

"Avtobusların daxil olduğu perronların girişlərinə sürət azaldan maneələr qoyulub, sərnişinlər üçün məlumatverici və maarifləndirci lövhələr vurulub. Mərkəzin köçürülməsi yaxın günlərdə baş tutacaq. Artıq bununla bağlı Bakı ətrafı kənd və qəsəbələrdən bu istiqamətdə hərəkət edən marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq edilib", - deyə məlumatda əlavə edilib. 

Son xəbərlər

Orphus sistemi