Bakı. 3 dekabr. REPORT.AZ/ Bakı-Tbilisi-Qars dəmir yolu xəttində son tamamlama işləri həyata keçirilir. "Report"un məlumatına görə, bunu Azərbaycanın Qarsdakı baş konsulu Ayhan Süleymanlı bildirib.
Onun sözlərinə görə, BTQ dəmir yolu xəttinin inşasının başa çatması ilə Qars iri ticarət mərkəzinə çevriləcək və minlərlə insan işlə təmin ediləcək: “Bu xətt tək üç ölkə üçün deyil, bütün dünya üçün əhəmiyyətlidir”.