Yuxarı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanda urbanizasiyanı qaçılmaz hesab edir

Komitə: "Urbanizasiya qaçılmazdır"

“Azərbaycanda dövlət ekspertizasının tələb olunduğu obyektlərin tikintisinə icazənin alınması üçün yeni elektron sistemin hazırlanması üzərində işlər görülür”.

“Report” verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, elektron müraciət sistemi bu sahədə şəffaflığa xidmət edəcək: “Bu sistemin respunlikanın bütün bölgələrində tətbiq olunması üzrə iş gedir. Bütün bunlar məmurların tikinti sahəsində icazə məsələlərində iştirakını müəyyən dərəcədə azaldacaq”.

Komitə rəsmisi şəhərlərin inkişafının vacib olduğunu da qeyd edib: “2014-cü ildə dünyada şəhər əhalisinin sayı 3,9 milyard nəfərə çatmışdı. Bu da ümumi əhalinin 54%-ni təşkil edir. 2050-ci ilə qədər bu nisbətin 66%-ə çatacağı gözlənilir. Bu tendensiya göstərir ki, urbanizasiya prosesi qaçınılmazdır. Lakin şəhərlər intelektual şəkildə inkişaf etdiyi üçün bir çox sahələrin inkişafına da təkan verəcək. Bu mənada şəhər təsərrüfatlarının səmərəli idarə edilməsində bütün maraqlı tərəflər arasında razılaşdırılmış əsas ərazi planlaşdırması sənədi - “Baş Plan”lar mühüm əhəmiyyət kəsb edir. “Baş Plan” ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı uzunmüddətli tərtib olunan, yaşayış, sənayə və digər funksional zonalarda istehsal, sosial, mühəndis kommunikasiya və nəqliyyat infrastrukturunun inkişafı prinsiplərini müəyyən edən sənəddir”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi