Yuxarı
    Bağlamaq

    Komitə sədri Sabirabadda 6 rayonun vətəndaşları ilə görüşəcək

    Vətəndaşlarla görüş rayonda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov oktyabrın 28-də Sabirabad rayonunda vətəndaşlarla görüşəcək.

    “Report” komitəyə istinadən xəbər verir ki, görüşdə yalnız Sabirabad, Şirvan, Hacıqabul, Salyan, Neftçala və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

    Saat 11:00-da Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq görüşdə qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

    Görüşə yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya Dövlət Komitəsinin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349) ilə əlaqə saxlaya bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi