Yuxarı

Komitə sədri: "Azərbaycanda GMO məhsullarının aşkar edilməsi üçün mexanizm yoxdur"

Ramiz Həsənov: Lakin bununla bağlı qanun mövcuddur

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanda GMO məhsullarının aşkar edilməsi üçün müvafiq qanunvericilik bazası olsa da, bunun icrası mexanizmi yoxdur. "Report"un məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib: "Biz bu sahədə xarici ölkələrin təcrübəsini, onların bu sahəyə nəzarəti hansı səviyyədə həyata keçirdiyini öyrənirik".

Onun sözlərinə görə, Komitə məhsulları bazar və marketlərdən alaraq, hələlik laboratoiyalarda yoxlayır.

"GMO məhsullarının aşkar edilməsi ilə bağlı Azərbaycanda 4 ildir xüsusi laboratoriya fəaliyyət göstərir. Bizdən başqa belə laboratoriyalar Dövlət Gömrük Komitəsində də mövcuddur. Bu 4 il ərzində artıq ixtisaslaşmışıq, işçilərimiz də xaricdə təlimlər keçiblər. Laboratoriyalar müasir avadanlıqlarla təchiz edilib", - deyə R.Həsənov əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi