"Komiaviatrans" Moskvadan Lənkərana uçuşlar həyata keçirir

"Komiaviatrans" Moskvadan Lənkərana uçuşlar həyata keçirir Aviaşirkət Rusiyanın digər bölgələrini birgə aviaşirkətlərin yaradılmasına dəvət edib
İnfrastruktur
27 Mart , 2017 13:27
Komiaviatrans Moskvadan Lənkərana uçuşlar həyata keçirir

Bakı. 27 mart. REPORT.AZ/ Ötən ildən Sıktıvkar, Nijni Novqorod və Samaradan Bakıya aviareyslər yerinə yetirən Rusiyanın “Komiaviatrans” (Komi Respublikası) şirkəti RF-nin digər şəhərlərinin aviaşirkətlərini regionlararası birgə aviaşirkətlərin yaradılmasına dəvət edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın böyük regionlarından fərqli olaraq, əyalətlərdə aviasiya sahəsi az inkişaf edən Kirov, Murmansk, Arxangelsk, Kaluqa vilayətləri, Perm diyarı və Kareliyaya "Komiaviatrans"ın tərkibinə daxil olmaq təklif edilib.

Nəticədə, respublikanın hakimiyyət orqanları “Komiaviatrans”ın bazasında regionlararası aviaşirkətlərin yaradılması ilə bağlı Kirov vilayətinin hökuməti ilə ilkin razılığa gəlib. Eyni zamanda, bu ilin fevral ayında regionlararası aviadaşıyıcının yaradılması layihəsi Kalininqrad vilayətinin hökuməti ilə də müzakirə olunub.

Hazırda aviaşirkətin Sankt-Peterburq - Tallin, Samara-Karaqanda, Moskvadan Lənkərana (Azərbaycan) və Petropavlovska (Qazaxıstan), Bakıdan Samaraya, Nijni Novqoroda, Permə və Krasnodara, Yekaterinburqdan Lənkəran və Karaqandaya beynəlxalq daşımaları həyata keçirməyə icazəsi var.

Bundan başqa, hazırda Rusiyanın regionlarından birinin təmsilçiləri ilə onun ərazisindən Almaniya, Çexiya, Polşa, Finlandiya və İsveçrəyə sərnişin aviareyslərinin yerinə yetirilməsi ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, sözügedən aviaşirkət 2015-ci ildə Sankt-Peterburqdan Amsterdama, Kopenhagen, Tallin və Bakıya uçuşlar həyata keçirməyə icazə alıb.

Son xəbərlər

Orphus sistemi