Yuxarı

“Huawei” KOB İnkişaf Mərkəzləri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcək

​KOBİA “Huawei” şirkəti ilə əməkdaşlıq edəcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Huawei Tech Azərbaycan” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Report” KOBİA-ya istinadən xəbər verir ki, imzalanma KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “Huawei Tech Azərbaycan” MMC-nin icraçı direktoru Canlin Lu ilə görüşü çərçivəsində baş tutub.

Görüşdə Azərbaycanda innovativ startapların dəstəklənməsi, birgə əməkdaşlıq çərçivəsində KOB-lar üçün dəstək modellərinin yaradılması, tələbə və startapların “Huawei” ilə əməkdaşlığının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

KOBİA sədri ölkəmizdə innovasiyaların inkişafına və yeni texnologiyaların tətbiqinə verilən önəmi, startaplara göstərilən dəstəyi vurğulayıb, KOBİA-nın fəaliyyətini, mikro, kiçik və orta sahibkarlara göstərdiyi dəstəyi, eləcə də “Huawei” şirkəti ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

“Huawei Tech Azərbaycan” MMC-nin icraçı direktoru Canlin Lu İKT sahəsində KOB-ların rolunun artırılmasına dair fikirlərini bölüşüb, “Huawei” şirkətinin Azərbaycanda gördüyü işləri qeyd edərək Agentliyin strukturuna daxil olan KOB İnkişaf Mərkəzlərinin yaradılması və bu mərkəzlərlə əməkdaşlıq imkanlarının nəzərdən keçirilə biləcəyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi