Kiyev Administrasiyası Azərbaycan təcrübəsini tətbiq etmək niyyətindədir

Kiyev Administrasiyası Azərbaycan təcrübəsini tətbiq etmək niyyətindədir Bakı. 31 yanvar. REPORT.AZ/ Kiyev Şəhər Dövlət Administrasiyasının (KŞDA) əməkdaşları zibillərin təmizlənməsi və emalı sahəsində Azərbaycan təcrübəsini tətbiq etmək niyyətindədir.
İnfrastruktur
31 Yanvar , 2018 10:17
Kiyev Administrasiyası Azərbaycan təcrübəsini tətbiq etmək niyyətindədir

Bakı. 31 yanvar. REPORT.AZ/ Kiyev Şəhər Dövlət Administrasiyasının (KŞDA) əməkdaşları zibillərin təmizlənməsi və emalı sahəsində Azərbaycan təcrübəsini tətbiq etmək niyyətindədir.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə KŞDA-nın rəhbəri vəzifəsini icra edən Nikolay Povoroznikin sərəncamında deyilir.

Belə ki, evlərin və həyətyanı sahələrin saxlanması, bərk məişət tullantıları ilə rəftar, enerjiyə qənaət və mənzil istismarı üzrə fəaliyyət göstərən müəssisələrin iş təcrübəsini öyrənmək üçün Kiyevdən Bakıya 20 məmur gələcək.

Kiyev Administrasiyasının nümayəndələrinin səfəri fevralın 1-4-də baş tutacaq. KŞDA-nın rəhbər müavini Pyotr Panteleyev başçılıq edəcək nümayəndə heyətinin tərkibinə həmçinin Mənzil-Kommunal İnfrastruktur Departamentinin müdiri Dmitri Naumenko və onun müavini Aleksandr Malıxin də daxildir.

Nümayəndə heyətində rayonların mənzil fondlarına xidmət üzrə idarəetmə şirkətlərinin rəhbərləri də yer alacaq.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Kiyevin meri Vitali Kliçko Bakıya səfər edib. O, səfər zamanı Azərbaycanın paytaxtının meri Hacıbala Abutalıbov ilə Ukrayna tərəfinin köhnə binaların bərpası və müasir infrastrukturun tikintisi üzrə təcrübədən yararlanması məsələsini müzakirə edib. Eyni zamanda V.Kliçko Azərbaycan biznesmenlərini Ukrayna paytaxtının mənzil fondunun modernləşdirilməsi üzrə əməkdaşlığa dəvət edib.

Son xəbərlər

Orphus sistemi