Kərəm Həsənovun vətəndaş qəbulunun tarixi dəyişdirilib

Kərəm Həsənovun vətəndaş qəbulunun tarixi dəyişdirilib Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb
İnfrastruktur
14 Mart , 2017 09:28
Kərəm Həsənovun vətəndaş qəbulunun tarixi dəyişdirilib
Report.az

Bakı. 14 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun Ağdam rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.

Komitədən “Report”a verilən məlumata görə, sədr vətəndaşları martın 29-da qəbul edəcək. Qəbulda Ağdam, Bərdə, Ağcabədi, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı - (012) 490 24 08 (daxili 105 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi - (02020) 5 56 05, (02632) 5 07 65.

Son xəbərlər

Orphus sistemi