Kərəm Həsənov Füzulidə vətəndaşları qəbul edəcək

Kərəm Həsənov Füzulidə vətəndaşları qəbul edəcək Qəbul rayonun Horadiz şəhərində olacaq
İnfrastruktur
5 İyun , 2017 11:00
Kərəm Həsənov Füzulidə vətəndaşları qəbul edəcək

Bakı. 5 iyun. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov iyunun 16-da Füzuli rayonunun Horadiz şəhərində vətəndaşları qəbul edəcək.

“Report” Komitəyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da olacaq.

Qəbulda Füzuli rayonu ilə yanaşı Beyləqan, Ağcabədi, İmişli, Cəbrayıl rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq. K.Həsənov ƏMDK-nın fəaliyyət istiqamətləri üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatından irəli gələn məsələlər, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və komitənin fəaliyyət istiqamətlərinə aid digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron poçt ünvanına yaza və yaxud aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Komitənin 14 saylı ərazi şöbəsi: (2124) 6-35-31, 6-40-29

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi: (02122) 5-33-67, (02631) 5-52-40

Eyni zamanda vətəndaşlar Salyan rayonu, T.Davudzadə küçəsi, 101, Beyləqan şəhəri, Məhəmməd Əsədov küçəsi, 9 və Horadiz şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi  ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi