Fövqəladə hallar naziri Füzulidə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Füzulidə vətəndaşları qəbul edib Müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb
İnfrastruktur
30 Yanvar , 2015 21:14
Fövqəladə hallar naziri Füzulidə vətəndaşları qəbul edib

BAKI. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Horadiz şəhərində Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

"Report" xəbər verir ki, Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 21 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 116, digər məsələlərlə bağlı müraciət edib 147 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Son xəbərlər

Orphus sistemi