Karrar-Kürdəmir mənzilində 10 km-lik dəmir yolu əsaslı təmir olunur

Karrar-Kürdəmir mənzilində 10 km-lik dəmir yolu əsaslı təmir olunur Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Karrar-Kürdəmir mənzilində 10 km-lik yolun təmirinə start verilib.
İnfrastruktur
22 Noyabr , 2017 12:57
Karrar-Kürdəmir mənzilində 10 km-lik dəmir yolu əsaslı təmir olunur
Ady.az

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Karrar-Kürdəmir mənzilində 10 km-lik yolun təmirinə start verilib.

“Report” “Azərbcyan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, 1 həftə davam edəcək təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədi ilə ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 406 km dəmir yolu əsaslı təmir olunub.

Son xəbərlər

Orphus sistemi