​JTI şirkəti Azərbaycanın daha bir kəndini içməli su ilə təmin edib

​JTI şirkəti Azərbaycanın daha bir kəndini içməli su ilə təmin edib Yardımlı rayonunun Şiləvəngə kəndinə içməli su verilib
İnfrastruktur
24 Fevral , 2016 15:43
​JTI şirkəti Azərbaycanın daha bir kəndini içməli su ilə təmin edib

Bakı. 24 fevral. REPORT.AZ/ "Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib. Sayca beşinci olan layihə Yardımlı rayonunun Şiləvəngə kəndində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Yardımlı Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib. Bu barədə "Report"a şirkətdən məlumat verilib.  

Açılış mərasimində çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və MQF-nin prezidenti Rauf Zeyni kənd ərazisində içməli su ilə bağlı ciddi problem olduğunu bildirərək, layihənin əhəmiyyətini qeyd edib və onun icrasında maliyyə dəstəyi göstərdiyinə görə JTI şirkətinə minnətdarlığını bildiriblər. 

Daha sonra çıxış edən JTI-nin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev şirkətin ölkədə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsinin şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Əhalisinin sayı 2 minə yaxın olan Şiləvəngə kəndində içməli su layihəsi MQF tərəfindən icra edilib. Təxminən iki ay davam edən işlər nəticəsində subartezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. 2014-cü ildən başlayaraq JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Lerik və Balakən rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 20 minə yaxın insan içməli su ilə təmin edilib.

Son xəbərlər

Orphus sistemi