JTI şirkəti Azərbaycanda yeddinci su təchizatı layihəsi həyata keçirib

JTI şirkəti Azərbaycanda yeddinci su təchizatı layihəsi həyata keçirib Su Salyan rayonunun Kərimbəyli kəndinə verilib
İnfrastruktur
17 Mart , 2017 18:18
JTI şirkəti Azərbaycanda yeddinci su təchizatı layihəsi həyata keçirib
JTİ Azərbaycan

Bakı. 17 mart. REPORT.AZ/ "Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib. JTİ-dan "Report"a daxil olan məlumata görə, sayca yeddinci olan layihə Salyan rayonunun Kərimbəyli kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Salyan rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və MQF prezidenti Rauf Zeyni layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildiriblər. Daha sonra çıxış edən JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev JTI şirkətinin ölkədə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsini şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi xarakterizə edib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Əhalisinin sayı 3 000-ə yaxın olan Kərimbəyli qəsəbəsində içməli su layihəsi MQF tərəfindən icra edilib. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılmış, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı və Şamaxı rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 20 mindən çox adam təmiz içməli su ilə təmin edilib.

Son xəbərlər

Orphus sistemi