Yuxarı

​JTI şirkəti Azərbaycanda daha bir su təchizatı layihəsi həyata keçirib

Balakən rayonunun Qabaqçöl qəsəbəsində su təchizatı qurğusu əhalinin istifadəsinə verilib

Bakı. 5 noyabr. REPORT.AZ/ "Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib. Sayca dördüncü olan layihə Balakən rayonunun Qabaqçöl qəsəbəsində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Balakən Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.

"Report" xəbər verir ki, açılış mərasimində çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev və AGAT-ın koordinatoru Günel Səfərova layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildirib. 

Daha sonra çıxış edən JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roberts İnapss şirkətin ölkədə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsini fəaliyyətlərinin prioritet istiqamətlərindən biri kimi xarakterizə edib.

Sonra açılışı bildirən rəmzi lent kəsilərək, su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Əhalisinin sayı 8 minə yaxın olan Qabaqçöl qəsəbəsində içməli su layihəsi AGAT tərəfindən icra edilib. Təxminən üç ay davam edən işlər nəticəsində subartezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir və Lerik rayonlarında da su təminatı layihələri həyata keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi