Yuxarı

Nazir: İran Azərbaycanla dəmir yolu sistemini birləşdirmək istəyir

Hökumət dəmir və avtomobil yolları sistemlərinin Asiya sistemləri ilə birləşdirilməsilə bağlı addımları qiymətləndirir

Bakı. 13 dekabr. REPORT.AZ/ "Milli dəmir yolları sisteminin qonşu ölkələrin sistemləri ilə birləşdirilməsi məsələsi hökumətin gündəliyindədir". "Report" "İSNA" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma nazir Abbas Axundi bildirib. 

Onun sözlərinə görə, sərhədyanı yolların inkişafı hökumətin digər ölkələrlə əlaqələrin inkişafı üzrə siyasətinin bir hissəsidir. 

Nazir qeyd edib ki, hökumət dəmir və avtomobil yolları sistemlərinin Asiya sistemləri ilə birləşdirilməsi ilə bağlı addımları qiymətləndirir: "Bundan başqa, İran hökuməti dəmir yolu sistemini Qəzvin-Rəşt-Astara dəmir yolu vasitəsilə Azərbaycan dəmir yolu sistemi ilə birləşdirməyi planlaşdırır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi