İyunda Bakıda parkinq icazəsinin verilmə tarixi məlum olub

İyunda Bakıda parkinq icazəsinin verilmə tarixi məlum olub Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərə müraciət edib
İnfrastruktur
5 May , 2015 16:27
İyunda Bakıda parkinq icazəsinin verilmə tarixi məlum olub

Bakı. 5 may. REPORT.AZ/ Gələn ay Bakıda keçiriləcək I Avropa Oyunları ərzində parkinq və nəqliyyatın idarə edilməsi üçün yaradılacaq Parkinqə Nəzarət Zonalarında parkinq icazəsi mayın 15-dən sonra veriləcək. Bu icazənin etibarlılıq müddəti yalnız 1-30 iyun 2015-ci tarixləri müddətində olacaq.

"Report"un Bakı Şəhər İcra Hakimiyyətinə istinadən yaydığı məlumata görə, parkinq icazəsi üçün faktiki yaşadığı ünvanı təsdiq edən sənəd, nəqliyyat vasitəsinin pasportu, sürücülük vəsiqəsi təqdim edilməlidir. Parkinq icazəsi nəqliyyat vasitələrinin ön şüşəsində yerləşdirilməlidir.

Sakinlər heç bir ödəniş etmədən parkinq icazəsi ilə təmin olunacaq. İtirilmiş/oğurlanmış parkinq icazələri yenisi ilə əvəz olunmayacaq. Onlara ehtiyatla davranmanız xahiş olunur. Parkinq icazəsi zədələndiyi halda etibarsız sayılacaq.

Qeyd edək ki, parkinq icazəsi olmadan Parkinqə Nəzarət Zonalarında park edilən maşınlar yol polisi tərəfindən evakuatorlarla ərazidən götürüləcək və cərimə tətbiq olunacaq.

Parkinq icazəsi nəqliyyat vasitəsinin qeyri-qanuni park edilməsinə heç bir hüquq vermir.

Parkinq icazələrini əldə etdikdə bu icazələrin istifadəsi üzrə təlimat vərəqəsi də veriləcək.

Son xəbərlər

Orphus sistemi