Yuxarı

​İstanbuldan Bakıya olan aviareyslər ləğv edilib

Buna pis hava şəraiti səbəb olub

Bakı. 19 fevral. REPORT.AZ/ Türkiyədə hava şəraitinin kəskin pisləşməsi, güclü qar yağması səbəbindən təqribən 800-ə yaxın aviareys ləğv edilib.

Azərbaycan Hava Yollarından (AZAL) "Report"a verilən məlumata görə, İstanbuldan Bakıya olan iki aviareysdən biri ləğv edilib, digəri haqqında isə məlumat yoxdur.

Təyyarələrdən biri Bakı vaxtı ilə 03:45-də, digəri isə 05:10-da (Turkish Airlines) İstanbuldan havaya qalxmalı idi.

"Report" Türkiyənin Atatürk Hava Limanının uçuş cədvəlinə istinadən xəbər verir ki, fevralın 20-də Bakı vaxtı ilə saat 08:05-ə olan iki reys (Turkish Airlines və Egypt Air) də ləğv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi