Bakı. 28 iyul. REPORT.AZ/ İstanbul şəhərində yerləşən Atatürk və Sabiha Gökçen hava limanlarından həyata keçirilən bir sıra aviareyslər yerinə yetirən təyyarələr bir saata qədər gecikmə ilə havaya qalxır. “Report” xəbər verir ki, bunun səbəbi hava limanlarının mövsümü amillərlə bağlı həddindən artıq yüklənməsi ilə bağlıdır.
Hava limanlarından çıxan təyarələrlə yanaşı, başqa şəhərlərdən ora gələn təyyarələrin gəlişində də yubanmalar müşahidə olunur.