İstanbulda inşa olunan Avrasiya tuneli 2017-ci ildə istifadəyə veriləcək

İstanbulda inşa olunan Avrasiya tuneli 2017-ci ildə istifadəyə veriləcək Tunel bütövlükdə 2 milyard 245 milyon ABŞ dollarına başa gələcək
İnfrastruktur
24 Avqust , 2015 03:02
İstanbulda inşa olunan Avrasiya tuneli 2017-ci ildə istifadəyə veriləcək

Bakı. 24 avqust. REPORT.AZ/ İstanbul boğazının altından keçən Avrasiya tunelində qazma işləri başa çatıb.

Anadolu Agentliyinin məlumatına görə, Türkiyənin Baş naziri Əhməd Davudoğlu tuneldə görülən işlərlə tanış olub. Baş nazirə məlumat verilib ki, zəlzələyə davamlı olacaq yeni tuneldəki hərəkət hesabına İstanbul boğazı üzərində mövcud olan bütün körpülərdəki tıxac problemi aradan qaldırılacaq.

Ümumi uzunluğu 14.6 kilometr olan tunelin 3.4 kilometrlik hissəsi İstanbul boğazının altından keçir.

Bütövlükdə 2 milyard 245 milyon ABŞ dollarına başa gələcək tunelin 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi