İstanbulda dünyanın ən iri aeroportu tikilir

İstanbulda dünyanın ən iri aeroportu tikilir Bu aeroport tikiləndən sonra Atatürk Hava Limanı bağlanacaq
İnfrastruktur
2 Mart , 2015 15:02
İstanbulda dünyanın ən iri aeroportu tikilir

Bakı. 2 mart. REPORT.AZ/ “Türk Hava Yolları” aviaşirkətinin başçısı Hamdi Topçu İstanbulda inşa edilən üçüncü hava lımanının uçuşa açılması ilə Atatürk Hava Limanının bağlanacağı haqqında məlumat verib.

“Report” Türkiyə mediasına istinadən məlumat verir ki, Kastamonu İnkişaf Vəqfinin təşkil etdiyi toplantıya qatılan H.Topçu İstanbulda inşa edilən üçüncü hava limanının Atatürk aeroportu ilə eyni hava sahəsini istifadə etməli olacağını, bu vəziyyətdə hər iki tərəfin işinin çətin olacağını bildirib.

"Atatürk Hava Limanı artıq kifayət eləmir. Türkiyə 500 mlrd. dollar ixrac edən bir mərkəz olmağı hədəfləyir. Belə bir iddiamız varsa, belə bir hava limanı bizim üçün yetərli deyil. Yeni aeroport hazır olanda Atatürk Hava Limanı bağlanacaq, çünki eyni hava sahəsi istifadə ediləcək, bu isə uçuşlara çətinlik yaradacaq”, - H.Topçu bildirib.

O qeyd edib ki, hazırda inşa edilən hava limanı hazır olduqdan sonra təqribən 150 mln. sərnişin daşıya biləcək. Bu da dünyanın ən böyük hava limanı olacağı deməkdir. Hazırda dünyada ən çox sərnişin tutumu olan Atlanta aeroportudur. Bu hava limanı 90 mln. sərnişin daşıyır.

Son xəbərlər

Orphus sistemi