İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salınıb

İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salınıb Reyslərinin təxirə salınmasına səbəb İstanbulda gözlənilən fırtına olub
İnfrastruktur
16 Yanvar , 2016 23:16
İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salınıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Yanvarın 17-də "Türk Hava Yolları" şirkətinin İstanbul-Bakı və əks istiqamətdə yerinə yetirilməli olan iki aviareysi təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Reyslərinin təxirə salınmasına səbəb İstanbulda gözlənilən fırtına və külək olub.

Qeyd edək ki, ilk təyyarə İstanbuldan yerli vaxtla saat 06:10-da, ikinci təyyarə isə 20:55-də Bakıdan uçmalı idi.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq İstanbulun Atatürk hava limanı yanvarın 16-17-na olan onlarla aviareys təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi