Yuxarı
    Bağlamaq

    ​İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salınıb

    Heydər Əliyev Hava Limanı: Hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib

    Bakı. 26 yanvar. REPORT.AZ/ Dünəndən Bakıda müşahidə olunan qarlı hava şəraiti Heydər Əliyev Hava Limanının işinə təsir etməyib.

    Azərbaycan Hava Yolları” QSC-dən “Report”a bildirilib ki, hava şəraiti ilə əlaqədar heç bir aviareys təxirə salınmayıb: “Bu günə nəzərdə tutulan bütün reyslər cədvələ uyğun yola düşüb və qəbul olunub. Bu gün üçün nəzərdə tutulan yalnız Türkiyədən gələn reyslərdə təxirəsalma qeydə alınıb. Hazırda hava şəraiti Heydər Əliyev Hava Limanının işinə mənfi təsir göstərmədiyi üçün cədvəldə dəyişiklik və ya təxirəsalma yoxdur”.

    “Türk Hava Yolları” (THY) aviaşirkətinin bu gün İstanbuldan saat 08:15-də uçmalı olan və Bakıdan saat 14:35 və 20:55-də yerinə yetirilməli olan Bakı-İstanbul reysləri təxirə salınıb.

    THY-nin Bakı ofisindən “Report”a verilən məlumata görə, yanvarın 26-da TK 0332, TK 335/J2 6335 və TK 333/J2 6333 reyslərinin təxirə salınmasına səbəb İstanbulda gözlənilən güclü qar yağmasıdır: “Atatürk və Sabiha Gökçen hava limanlarında gözlənilən meteoroloji vəziyyət və intensiv qar səbəbindən nəinki Bakıya, bir çox ölkələrə aviareyslər ləğv olunub".

    Şirkətdən bildirilib ki, sözügedən reyslərə bileti olan sərnişinlərə əvvəlcədən xəbərdarlıq olunub: “Bileti olan sərnişinlərin biletləri sabaha olan digər reyslərlə əvəz edilib. Bileti onlayn internet səhifəmizdən, zəng mərkəzindən və ya birbaşa ofisimizdən əldə etməyindən asılı olmayaraq, digər alternativ reyslərdən imtina edən və bileti geri qaytarmaq istəyən sərnişinlərə ödədikləri məbləğin 100%-i qaytarılır”.

    Qeyd edək ki, AZAL Bakı-İstanbul marşrutu üzrə həftənin bütün günləri (gündə 5 reys) uçuşlar həyata keçirir. THY isə bu marşrut üzrə həftə içi hər gün 5 uçuş (bunlardan 4-ü Atatürk, 1-i isə Sabiha Gökçən hava limanına) həyata keçirir. Bu istiqamət üzrə biletlərin qiyməti bir tərəfə 256 manat, hər iki istiqamətdə isə 307 manatdan başlayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi