​İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salınıb

​İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salınıb Reyslərin təxirə salınmasına səbəb dumanlı hava olub
İnfrastruktur
25 Noyabr , 2015 17:29
​İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salınıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün "Türk Hava Yolları" şirkətinin İstanbul-Bakı və əks istiqamətdə yerinə yetirilməli olan iki aviareysi təxirə salınıb.

THY-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, TK 333 və TK 339/J2 6339 reyslərinin təxirə salınmasına səbəb İstanbulda qatı duman və güclü cənub küləyi olub. Təbii hadisə İstanbuldan Bakıya saat 08:15-də və Bakıdan İstanbula saat 15:50-də həyata keçirilməli olan reyslərin yerinə yetirilməsinə əngəl olub.

"Təxirə salınmış İstanbul-Bakı və Bakı-İstanbul aviareyslərinə bilet alan şərnişinlər hava şəraiti sabitləşdikdən sonra növbəti reyslərlə uça biləcəklər", - şirkətdən bildirilib.

Bu marşrut üzrə biletin qiyməti bir tərəfə 256 manat, hər iki istiqamətdə isə 307 manatdan başlayır.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq İstanbulun Atatürk hava limanı noyabrın 25-26-na olan bütün aviareysləri təxirə salıb.

Son xəbərlər

Orphus sistemi