Yuxarı

İstanbul-Bakı aviareysi təxirə salınıb

Təxirə salınan reysin Boeing-737 təyyarəsi ilə yerinə yetirilməsi planlaşdırılırdı

Bakı. 13 iyul. REPORT.AZ/ Bu gün 13:35-də Atatürk Hava Limanından reallaşmalı olan "Türk Hava Yolları"na (THY) məxsus İstanbul-Bakı aviareysi ləğv olunub.

"Türk Hava Yolları"nın baş ofisindən "Report"a verilən məlumata görə, reysin ləğvinin səbəbi reysdə yaranan problemdir.

Bilet alan sərnişinlər isə növbəti, saat 17:35-də həyata keçiriləcək  reyslə göndəriləcəklər.

Qeyd edək ki, təxirə salınan reysin "Boeing-737" təyyarəsi ilə yerinə yetirilməsi planlaşdırılırdı. Bununla əlaqədar, saat 14:35-ə geri istiqamətdə planlaşdırılan Bakı-İstanbul reysi ləğv olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi