İsrail paytaxtında Bakıya saxta aviabiletlərin satılması faktı aşkar edilib

İsrail paytaxtında Bakıya saxta aviabiletlərin satılması faktı aşkar edilib Saxta biletlər Tel-Əvivdəki BN Yequda, 17 ünvanında yerləşən "TRAVELNET" agentliyi tərəfindən satılır
İnfrastruktur
15 İyul , 2015 20:33
İsrail paytaxtında Bakıya saxta aviabiletlərin satılması faktı aşkar edilib

Bakı. 15 iyul. REPORT.AZ/ İsrailin paytaxtı Tel-Əviv şəhərində "Azərbaycan Hava Yolları" QSC-nin Bakı istiqamətində aviareyslərinə saxta bilet satışı ilə bağlı bir neçə fakt aşkar edilib. 

"Report"un məlumatına görə, "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının mətbuat xidməti yayıb. 

Saxta biletlər BN Yequda, 17 ünvanında yerləşən "TRAVELNET" agentliyi tərəfindən satılır. Alınan biletlərin saxta olmadığını yoxlamaq üçün alıcılara AZAL şirkətinin nümayəndəliyinə müraciət etmək tövsiyə olunur. 

Son xəbərlər

Orphus sistemi