İsmət Abasov: "Azərbaycanın coğrafi mövqeyi səmərəli nəqliyyat dəhlizi olmağa imkan verir"

İsmət Abasov: "Azərbaycanın coğrafi mövqeyi səmərəli nəqliyyat dəhlizi olmağa imkan verir" "Azərbaycan GUAM ölkələri arasında ticarəti inkişaf etdirməyə hazırdır"
İnfrastruktur
27 Mart , 2017 13:39
İsmət Abasov: Azərbaycanın coğrafi mövqeyi səmərəli nəqliyyat dəhlizi olmağa imkan verir

Kiyev. 27 mart. REPORT.AZ/ "Azərbaycanın coğrafi mövqeyi yalnız ölkə daxilində deyil, həm də qonşu ölkələrdə effektiv ticarət təşkil etməyə imkan verir".

Bunu "Report"un Ukrayna bürosunun müxbirinin sualını cavablandırarkən Azərbaycanın baş nazirinin müavini İsmət Abasov GUAM ölkələri hökumət başçılarının görüşündən sonra keçirilən brifinqdə deyib.

Azərbaycanın coğrafi mövqeyi Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində səmərəli nəqliyyat dəhlizi olmağa imkan verir", - deyə baş nazirin müavini bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi qərb, Bakı limanı isə şərq istiqamətdə ticarət optimalaşdırmağa imkan verəcək.

"Azərbaycan GUAM ölkələri arasında ticarəti inkişaf etdirilməyə hazır olduğunu nümayiş etdirir. Özü də yalnız öz nəqliyyat dəhlizləri vasitəsilə yox", - İ.Abasov qeyd edib.

Son xəbərlər

Orphus sistemi