Yuxarı
    Bağlamaq

    İsmayıl Hidayətzadə küçəsi təmir edilərək istifadəyə verilib - VİDEO

    Piyada səkilərinin kənarlarına 670 poqon metr yeni səki daşları düzülüb© Azeravtoyol.gov.az

    Bakı. 29 mart. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonunda İsmayıl Hidayətzadə küçəsi tam olaraq təmir olunub.

    “Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, İ.Hidayətzadə küçəsinin uzunluğu 575 metr, eni isə ortalama 9,5 metr təşkil edir.

    Təmir işləri çərçivəsində zəruri olan yerlərdə səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi bərpa olunub, yeni yağış barmaqlıqları qoyulub.

    Təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Daha sonra küçənin 7 min kv. metrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparııb. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 21 ədəd baxış qapaqları da yenilənib.

    Aparılan işlər çərçivəsində mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb. Piyada səkilərinin kənarlarına 670 poqon metr yeni səki daşları düzülüb.

    Təmir işləri bitdikdən sonra küçədə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi, yolgöstərici xətlər çəkilməklə avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi