İrkutskda Azərbaycanın Rusiyadan alacağı MS-21 təyyarəsi təqdim olunub - FOTO - VİDEO

İrkutskda Azərbaycanın Rusiyadan alacağı MS-21 təyyarəsi təqdim olunub - FOTO - VİDEO Bu sərnişin təyyarəsinin iki modeli hazırlanıb
İnfrastruktur
8 İyun , 2016 10:33
İrkutskda Azərbaycanın Rusiyadan alacağı MS-21 təyyarəsi təqdim olunub - FOTO - VİDEO

Bakı. 8 iyun. REPORT.AZ/ İrkutsk aviasiya zavodunda "İrkut" korporasiyası tərəfindən işlənib hazırlanan yeni MS-21 ortamagistral sərnişin təyyarəsinin təqdimetmə mərasimi keçirilib. 

"Report" xəbər verir ki, təyyarə mövsümi fasilə olmadan bütün iqlim zonalarında istismar oluna bilər. Təyyarənin iki modeli hazırlanıb: onlardan biri 132-165 sərnişinin daşınması üçün nəzərdə tutulub, digəri - 163-211 sərnişin daşımaq iqtidarındadır. 

MS-21 təyyarələri Tu-204, Tu-154B/M və onların qərb analoqlarını (o cümlədən Boeing 737 və А320) əvəz etmək üçün yaradılır. Uçuş sınaqlarını cari ilin sonunda aparmaq nəzərdə tutulub, seriya istehsalı isə 2017-ci ildə planlaşdırılır. 

Mərasimdə Rusiyanın baş naziri Dmitri Medvedev iştirak edir.

Bir müddət əvvəl Rusiyanın "İlyuşin Finans" lizinq şirkəti və "Azərbaycan Hava Yolları" 10 ədəd MS-21 təyyarəsinin tədarükü haqqında memorandum imzalayıb.

Son xəbərlər

Orphus sistemi