Bakı. 28 sentyabr. REPORT.AZ/ İraq vətəndaşları "İraq Hava Yolları" şirkəti vasitəsilə Bağdad-Bakı reysi ilə Azərbaycana gələcəkləri təqdirdə asanlaşdırılmış şəkildə elektron viza ala biləcəklər.
Bunu "Report"a İraqın Azərbaycandakı föbqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak bildirib.
Onun məlumatına görə, elektron vizanı almaq məqsədilə İraq vətəndaşları uçuşları yerinə yetirəcək "İraq Hava Yolları"nın Bakıdakı və Bağdaddakı ofislərinə lazımi sənədlər təqdim etməklə 3-5 gün ərzində vizanı əldə edə biləcəklər: "Azərbaycan vətəndaşları isə İraqa səfər etmək üçün vizanı bu ölkənin Azərbaycandakı səfirliyindən almalıdırlar".
Səfir əlavə edib ki, noyabrın 1-dən etibarən "İraq Hava Yolları" ilə Bakıya gələn İraq vətəndaşlarına
Qeyd edək ki, Bağdad-Bakı-Bağdad aviareysləri sentyabrın 22-də yerinə yetirilməyə başlanılıb və həftədə bir dəfə həyata keçirilir.