İranın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

İranın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub Bakı. 11 yanvar. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb. 
İnfrastruktur
11 Yanvar , 2018 16:37
İranın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

Bakı. 11 yanvar. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan və İran arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Səfirlə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclasının keçirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi