Yuxarı
    Bağlamaq

    İran Şimal-Cənub marşrutuna marağı artırmaq üçün tarifləri azaldıb

    Tariflər 50% endirilib

    Bakı. 18 sentyabr. REPORT.AZ/ İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Hindistandan Rusiyaya olan bu marşrutun cəlbediciliyini artırmaq üçün daşınan yüklərin tariflərində 50% endirim edib.

    "Report" İran mətbuatına istinadən xəbər verir ki, bu barədə "İran Dəmir Yolları" şirkətinin beynəlxalq əlaqələr üzrə baş direktoru Abbas Nazari bildirib.

    "Məlumdur ki, Şimal-Cənub nəqliyyat dəhlizi İran, Hindistan və Rusiyanın razılığı ilə 17 il əvvəl təşkil olunub. Hazırda yüklər Avropaya Süveyş kanalı vasitəsilə daşınır. Yəməndə davam edən problemlə əlaqədar yükdaşımaların zəmanəti üçün çəkilən xərclər dəmir yollarında artıb", - deyə o, bildirib.

    Onun sözlərinə görə, Azərbaycanın Astara ərazisində dəmiryolu daşımaları üçün körpü tikilib və yaxın vaxtlarda İran ərazisində marşrut işə başlayacaq.

    A.Nazari qeyd edib ki, uzunluğu 163 km olan Qəzvin-Rəşt dəmiryolu marşrutunun hazırlığı 96% təşkil edir, qalan hissəsi isə növbəti 3 ay ərzində hazır olacaq. A.Nazari deyib ki, Astara-Rəşt dəmir yolunun tikintisinə daha 1 mlrd. dollar tələb olunur: "Azərbaycan və Rusiyanın dəmiryolu rəhbərləri ilə bir neçə görüş keçirilib. Nəticədə, Bombeydən Moskvayadək olan qarışıq daşınmalar tipli dəhlizin idarə edilməsi üçün bir sıra sənədlər və memorandumlar imzalanıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi