Yuxarı
    Bağlamaq

    İran Avropaya Azərbaycanın da daxil olduğu yeni tranzit marşrutu təklif edəcək

    Bu marşrut vasitəsilə Hindistanın Mumbay şəhərindən Avropaya malları ixrac üçün daha az vaxta çatdırmaq mümkündür

    Bakı. 25 may. REPORT.AZ/ İran Avropaya qədər uzanacaq birgə tranzit marşrutu yaratmaq planı üzərində işləyir.

    "Report" "PressTV"yə istinadən xəbər verir ki, bu barədə İran Dəmir Yolları şirkətinin baş direktorunun müavini Həsən Aşuri məlumat verib.

    Onun sözlərinə görə, İran ölkənin cənubunda yerləşən Bəndər-Abbas liman şəhərindən başlayan, dəmir yolu və avtomagistralla Azərbaycan-İran sərhədini keçib Gürcüstana gedəcək tranzit marşrutu təklif edir. H.Aşuri bu məsələdə artıq üç ölkə arasında razılaşma əldə edilib.

    Gürcüstanda marşrut Batumi və Poti limanlarına çatacaq. Buradan isə mallar yük gəmiləri ilə Bolqarıstan və Rumıniya limanlarına, sonra da bütün Avropaya daşınacaq.

    Baş direktorun müavini, həmçinin marşrutun bir hissəsinin dəmir yolu sahəsində İran və Rusiya arasında imzalanan saziş çərçivəsində Moskvaya və Finlandiyaya qədər uzana biləcəyini qeyd edib.

    H.Aşuri bu marşrut vasitəsilə Hindistanın Mumbay şəhərindən Avropaya malları ixrac üçün daha az vaxta çatdırmağın mümkün olduğunu vurğulayıb. Layihə reallaşdıqdan sonra malların daşınması müddəti 45 gündən 23 günə qədər azala bilər.

    Xatırladaq ki, Azərbaycan 2016-cı ilin fevral ayında Bəndər Abbas limanını Finlandiya paytaxtı Helsinki ilə birləşdirəcək dəmir yolu xəttinin yaradılmasını təklif edib. Hindistandan Finlandiyaya qədər uzanacaq "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov tərəfindən Dubayda forumda təklif edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi