Yuxarı
    Bağlamaq

    İran 35 ildən sonra "Boeing"dən ilk avadanlığı alıb

    Təyyarələrin yenilənməməsi son 35 ildə 200-dən artıq təyyarə qəzasına və 2 000-dən çox insanın ölümünə səbəb olub

    Bakı. 24 oktyabr. REPORT.AZ/ ABŞ-ın nüfuzlu “Boeing” şirkəti İranla əməkdaşlığa başladığını açıqlayıb. "Report"un məlumatına görə, bu barədə AFP məlumat yayıb.

    Açıqladığı hesabata əsasən, 35 illik fasilədən sonra İrana təyyarələr satacağını deyən şirkət bu məsələnin ABŞ rəhbərliyi ilə razılaşdırıldığını bildirib: “İranla əməkdaşlığımız davam edəcək. “Iran Air” şirkəti ilə artıq bənzər təyyarə hissələrinin satışı ilə bağlı razılıq əldə olunub. Artıq apreldə bəzi təhlükəsizlik əşyalarını və başqa lazımi avadanlıqların satışı üçün icazə verilib və ilkin satışdan 120 min ABŞ dolları əldə edilib”.

    Lisenziya İranla nüvə proqramı ilə bağlı imzalanmış müvəqqəti müqavilə çərçivəsində ABŞ Xəzinədarlıq Departamenti tərəfindən verilib. Buna baxmayaraq, "Boeing"ə hələ də İrana təyyarə satmağa icazə verilmir.

    Xatırladaq ki, ABŞ 1979-cu il İran inqilabından sonra bu ölkə ilə əlaqələri kəsib və “Boeing” şirkətinə İrana təyyarə satışını qadağan edib. “Iran Air” şirkəti embarqo səbəbindən hələ də 1979-cu ilə qədər aldığı təyyarələrdən istifadə edir. Təyyarələrin yenilənməməsi son 35 il ərzində 200-dən artıq təyyarə qəzasına və 2 000-dən çox insanın ölümünə səbəb olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi