"İrAero" aviaşirkəti Yekaterinburq və Bakı arasında müntəzəm reyslər həyata keçirməyə başlayıb

"İrAero" aviaşirkəti Yekaterinburq və Bakı arasında müntəzəm reyslər həyata keçirməyə başlayıb İrAero aviaşirkəti Koltsovo beynəlxalq hava limanından Azərbaycan paytaxtına müntəzəm reyslər həyata keçirməyə başlayıb.
İnfrastruktur
19 İyun , 2019 13:03
İrAero aviaşirkəti Yekaterinburq və Bakı arasında müntəzəm reyslər həyata keçirməyə başlayıb

"İrAero" aviaşirkəti "Koltsovo" beynəlxalq hava limanından Azərbaycan paytaxtına müntəzəm reyslər həyata keçirməyə başlayıb.

"Report" Yekaterinburq hava limanının Mətbuat xidmətinə istinadən xəbər verir ki, hava daşıyıcısı dünən Bakı - Yekaterinburq - Bakı marşrutu üzrə ilk uçuşunu həyata keçirib.

Reyslər həftənin çərşənbə axşamı günlərində 103 sərnişin tutumlu "SuperJet 100" tipli təyyarələrlə yerinə yetiriləcək. Bakıdan gediş saat 12:30-da, Yekaterinburqdan uçuş isə saat 17:30-da olacaq. Uçuş müddəti üç saatdır.

"Koltsovoda" yeni aviadaşıyıcının olması ilə Yekaterinburqdan Bakıya uçuşların sayı həftədə üçə çatıb. "İrAero" ilə yanaşı, "Ural Hava Yolları" həftədə iki dəfə - cümə axşamı və bazar günləri Azərbaycan paytaxtına uçuşlar həyata keçirir.

Bakı "Koltsovadan" uçuşlar üzrə populyar istiqamətdir. 2018-ci ilin yekunlarına görə, bu marşrut üzrə sərnişin axını, təxminən, 24 min nəfər olub. 

Son xəbərlər

Orphus sistemi