​İqtisadiyyat və sənaye naziri Yevlaxda vətəndaşları qəbul edəcək

​İqtisadiyyat və sənaye naziri Yevlaxda vətəndaşları qəbul edəcək Nazir Bərdə, Göygöl, Goranboy və Yevlax rayonları, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan vətəndaşları qəbul edəcək
İnfrastruktur
28 Aprel , 2015 16:22
​İqtisadiyyat və sənaye naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Bakı. 28 aprel. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev mayın 1-də Yevlax şəhərində Bərdə, Göygöl, Goranboy və Yevlax rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

“Report” nazirliyə istinadən xəbər verir ki, vətəndaşların qəbulu 11:00-dan etibarən başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar, Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi ilə əlaqə saxlaya bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılan “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi