Yuxarı

​İqtisadiyyat və sənaye naziri Şəkidə vətəndaşlarla görüşəcək

Qəbul iyunun 5-də keçiriləcək

Bakı. 1 iyun. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iyunun 5-də Şəkidə vətəndaşları qəbul edəcək. Görüşdə Oğuz, Şəki və Qax rayonlarının sakinləri iştirak edə bilər.

“Report” nazirliyə istinadən bildirir ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlara və 195-2 Telefon Məlumat Mərkəzinə, həmçinin Şəki-Zaqatala regional bölməsinə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi