İqtisadiyyat Nazirliyinin səlahiyyətləri azaldılıb

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri azaldılıb Aİ ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını QTA verəcək
İnfrastruktur
6 Fevral , 2018 00:08
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri azaldılıb

Bakı. 5 fevral. REPORT.AZ/ “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”na dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunur.

Dəyişikliyə görə, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Bundan əlavə, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında əsasnamə”də edilən dəyişikliyə görə, taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi də İqtisadiyyat Nazirliyindən alınaraq Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.

Son xəbərlər

Orphus sistemi