İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı: Əhatəli artım strategiyalarına ehtiyac var

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı: Əhatəli artım strategiyalarına ehtiyac var Hesabat G-20-nin (Böyük İyirmilik) İstanbul sammiti vaxtına təsadüf edir
İnfrastruktur
9 Fevral , 2015 22:16
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı: Əhatəli artım strategiyalarına ehtiyac var

Bakı. 9 fevral. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında dünya ölkələrinin kifayət qədər iqtisadi artıma yardım edəcək siyasətlər yürütmədiyi bildirilir.

"Report" Amerikanin Səsi-nə istinadla verdiyi xəbərə görə, iqtisadi artımla bağlı illik hesabatda deyilir ki, əmək məhsuldarlığı, rəqabət və innovasiyaların artırılması üçün əhatəli artım strategiyalarına ehtiyac var.

Hesabat G-20-nin (Böyük İyirmilik) İstanbul sammiti vaxtına təsadüf edir.

Sammit iştirakçıları ötən il qlobal iqtisadiyyatın 2018-ci ilədək artırılması öhdəliklərini nəzərdən keçirməlidir.

Görüş zamanı böyük iqtisadiyyatların fərqli sürəti və valyuta siyasətləri gündəmə gətiriləcək.

Sammit işini sabah davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi