İpoteka kağızının dövlət qeydiyyatı qaydalarına dəyişiklik edilib

İpoteka kağızının dövlət qeydiyyatı qaydalarına dəyişiklik edilib Bundan sonra xüsusi razılıq almış mətbəələr tərəfindən çap olunmuş ipoteka kağızları qeydiyyata alınacaq
İnfrastruktur
31 Mart , 2016 00:38
İpoteka kağızının dövlət qeydiyyatı qaydalarına dəyişiklik edilib

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda dəyişiklik edib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, daşınmaz və daşınar əşyaların ipoteka hüququnu təsdiq edən ipoteka kağızları barədə məlumatlar (qeydlər) qiymətli kağızların dövlət reyestrində əks etdiriləcək.

İndiyədək yalnız bütün növ qiymətli kağızlar blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış mətbəələr tərəfindən çap olunmuş ipoteka kağızları qeydiyyata alınırdı.

Bundan sonra isə, yalnız qiymətli kağızlar blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış mətbəələr tərəfindən çap olunmuş ipoteka kağızları qeydiyyata alınacaq.

Son xəbərlər

Orphus sistemi