Yuxarı

​Azərbaycan I rübdə İpək Yolundan 161 mln. manat qazanıb

Yük daşımaları fəaliyyətindən gəlirlər 9%, sərnişin daşınmasından isə 15% artıb

Bakı. 20 may. REPORT.AZ/ Cari ilin yanvar-mart aylarında İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 13,5 mln. ton yük, 80,9 mln. nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% az yük və 7,9% çox sərnişin daşınıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, dəhlizdə daşınmış yüklərin 54,7%-i avtomobil, 31,4%-i dəmir yolu, 13,9%-i dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 5,8% artım qeydə alınıb. Daşınmış yüklərin 19,9%-ni və ya 2,7 mln. tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 130,7 mln. manat, sərnişin daşınmasından isə 30,0 mln. manat gəlir əldə olunub və müvafiq olaraq 9,1% və 14,6% artıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi