"İpək Yolu" konteyner marşrutu martdan tam fəaliyyətə başlayacaq

"İpək Yolu" konteyner marşrutu martdan tam fəaliyyətə başlayacaq Aleksandr Zavqorodni: "Bu marşrut milli təhlükəsizlik baxımından Ukrayna üçün strateji əhəmiyyət kəsb edir"
İnfrastruktur
26 Fevral , 2016 20:15
İpək Yolu konteyner marşrutu martdan tam fəaliyyətə başlayacaq

Bakı. 26 fevral. REPORT.AZ/ Yeni Aİ - Ukrayna - Gürcüstan - Azərbaycan - Qazaxıstan - Çin konteyner marşrutu ("İpək Yolu") mart ayından tam fəaliyyətə başlayacaq.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə "Ukrzaliznıtsya" İSC-nin (Ukrayna dəmir yollarına rəhbərlik edən ictimai əsaslarla fəaliyyət göstərən səhmdar cəmiyyət - "Report") rəhbəri vəzifələrini icra edən Aleksandr Zavqorodni məlumat verib.

"Hələ rəsmi start olmayıb. Vəziyyəti qiymətləndirmək, harada və nə kimi problemlərin olduğunu müəyyənləşdirmək üçün sınaq reysləri həyata keçirilib. Qatarların davamlı hərəkətinə martdan başlamağı planlaşdırırıq. "İpək Yolu" işlək vəziyyətdə olanda biz yükləri Çindən Polşa sərhədinə 11 sutkaya gətirə biləcəyik. Demək olar eyni müddət mallar Rusiyadan daşınarkən də lazım gəlirdi", - deyə A.Zavqorodni bildirib.

Onun sözlərinə görə, nəqliyyat-daşınma xərclərini azaltmaq üçün "Ukrzaliznıtsya" marşrut üzrə özünün iki bərəsini də istifadə etmək niyyətindədir. Cəmiyyət rəhbəri bununla daşınmanın daha ucuz başa gələcəyini, marşrutun daha cəlbedici və rəqabətqabiliyyətli olacağını vurğulayıb.

O, xüsusilə vurğulayıb ki, bu marşrut milli təhlükəsizlik baxımından Ukrayna üçün strateji əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Transxəzər Nəqliyyat Dəhlizi Çinə qədər Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxıstanın ərazisindən keçir. O, Qara və Xəzər dənizlərindən də keçir. Qeyd edək ki, Ukraynadan ilk sınaq reysi yanvarın 15-də həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi