Yuxarı

İntensiv yağış Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir göstərməyib

Təyyarələrin qəbulu və yola salınması normal rejimdə davam edir

Bakı. 9 noyabr. REPORT.AZ/ "Ötən gündən Bakıda müşahidə edilən intensiv yağış Heydər Əliyev Beynəlxalq Hava Limanının iş prosesinə təsir göstərməyib".

Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata görə, aeroportda təyyarələrin qəbulu və yola salınması normal rejimdə davam edir.

Qeyd edək ki, noyabrın 8-dən Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi