Yuxarı

İlin əvvəlində Azərbaycanda yükdaşıma 5% azalıb

Əsas azalma dəniz nəqliyyatında müşahidə edilib

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında 31,1 mln. ton yük və 287,8 mln. sərnişin daşınıb. 

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib. 

 Qeyd edilib ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 5,3% azalıb, sərnişin daşınması isə 1,4% artıb. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub. 

"Yüklərin 57,9%-i avtomobil, 32,5%-i boru kəməri, 6,9%-i dəmir yolu, 2,7%-i isə dəniz nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,0%-i avtomobil, 11,8%-i metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb", - deyə məlumatda qeyd olunub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi