​İlham Əliyev: "Azərbaycan “Cənub” qaz dəhlizinə dünya bazarlarından 1 milyard dollar vəsait cəlb edib"

​İlham Əliyev: "Azərbaycan “Cənub” qaz dəhlizinə dünya bazarlarından 1 milyard dollar vəsait cəlb edib" "2 milyard istəsəydik, 2 milyardı da götürəcəydik"
İnfrastruktur
27 May , 2016 23:29
​İlham Əliyev: Azərbaycan “Cənub” qaz dəhlizinə dünya bazarlarından 1 milyard dollar vəsait cəlb edib

Bakı. 27 may. REPORT.AZ/ Bu ilin sonuna qədər “Cənub” qaz dəhlizinin icrası ilə bağlı bütün lazımi tədbirlər görülməlidir. Heç bir yubanma olmamalıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezident İlham Əliyev mayın 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

"Bizim kifayət qədər maliyyə resurslarımız var. Eyni zamanda, biz xarici bazarlardan maliyyə resursları cəlb etmişik. Özü də qısa müddət ərzində. Heç bir həftə keçmədi. Azərbaycan “Cənub” qaz dəhlizinə dünya bazarlarından 1 milyard dollar vəsait cəlb edib. Bu, nəyi göstərir? Onu göstərir ki, xarici investorların bizə inamı kifayət qədər böyükdür, 2 milyard istəsəydik, 2 milyardı da götürəcəydik. Yəni, bizim xarici borcumuz aşağı səviyyədə, maliyyə vəziyyətimiz və valyuta ehtiyatlarımız isə yüksək səviyyədə olduğuna görə belə imkanlarımız var", - deyə prezident qeyd edib.

İlham Əliyev bildirib ki, “Cənub” qaz dəhlizi strateji layihədir və bu, imkan verəcək ki, uzun illər, on illiklər bundan sonra biz böyük həcmdə əlavə gəlirlər əldə edək və bu, yeni bir əməkdaşlıq formatıdır.

" “Cənub” qaz dəhlizində iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilir. Bu müttəfiqlik regionumuzdan kənara çıxır. Bu, bizim maraqlarımıza xidmət göstərir. Azərbaycan Avropa üçün əvəzolunmaz tərəfdaşa çevrilir və biz də çox böyük bazar əldə etmiş oluruq. Ona görə “Cənub” qaz dəhlizinin qrafik üzrə icra edilməsi daim diqqət mərkəzindədir. Mənə mütəmadi qaydada məruzələr edilir. Əminəm ki, biz bu layihəni qrafik əsasında icra edəcəyik".

Son xəbərlər

Orphus sistemi